Tramvay namaz qılan adamı gözlədi - FOTOLAR

Maşinist qadın gündəm oldu
Keçən aylarda xidmətə başlayan İzmir tramvayı, maraqlı bir hadisəyə səhnə oldu.
Səhər erkən saatlarda tramvayın işləmədiyini düşünərək avtomobilini park edib, xətt üzərində olan çəmənlikdə namazını qılmağa başlayan bir vətəndaş, qarşısında tramvayı görüncə şok oldu. Tramvayın maşinisti fit çalmadan adamın namazını gözlədi. Cib telefonu kamerasına əks olunan bu görüntülərə cəmiyyətdə müsbət reaksiyalar gəldi. Görüntüləri ictimai media hesabından paylaşaraq hadisənin hər kəs tərəfindən eşidilməsini təmin edən Karşıyaka Bələdiyyə Başçısı Hüseyn Akpınar isə "İzmir və Karşıyaka xoşgörüşün və müasirliyin şəhəri olduğunu bir daha göstərdi” deyərək tramvayın maşinistinə rəftarından dolayı təşəkkür etdi.
Tramvayın dayanma görüntüləri ictimai mediada böyük marağa səbəb oldu. Tramvayı idarə edən Aysu Tuna o anları izah etdi.
Özünün də oruclu olduğunu və iftardan sonra hadisənin yaşandığını söyləyən Aysu Tuna, belə danışır:
"Xətt üzərində getdiyim zaman bir adamın namaz qıldığını fərq etdim. Normalda onu səsli olaraq xəbərdarlıq etməmiz lazım idi, ancaq namaz qıldığı üçün narahat etmək istəmədim və bir az uzaqda dayandım. Vəziyyəti dərhal tramvay trafikinin təşkil edilməsi üçün mərkəzə bildirdim. Təxminən üç dəqiqəlik bir gözləyişdən sonra namaz qılan adam qalxdı əliylə təşəkkür etdi. Zatən namaz qıldığı yerin uyğun olmadığını özü də anlamış olacaq. Bu anlara şahidlik edən sərnişinlər də hər hansı bir reaksiya vermədi, anlayışla qarşıladı.”