Trifonov: "Azərbaycanlı qiymətləndiricilər böyük zəhmət çəkdilər"




"Azərbaycan iqtisadiyyatının səmərəliliyində müstəqil qiymətləndirmə əhəmiyyətli rol oynayır”. 

Bunu Avrasiya Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının (ABQA) baş direktoru Nikolay Trifonov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat seçki konfransının uğurlu keçməsi münasibətilə ünvanlandırdığı təbrik məktubunda bildirib. AQC-nin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, AQBA-nın baş direktoru beynəlxalq qiymətləndirmə sahəsində azərbaycanlı qiymətləndiricilərin də böyük zəhmət çəkdiklərini qeyd edib. 

N.Trifonov bildirib ki, 1999-cu ildə AQC-nin yaradılması və inkişafı ilə Azərbaycanda qiymətləndirmə fəaliyyətində vacib rol həyata keçirilir. Həmçinin Avrasiya ölkələrində müstəqil qiymətləndirmənin inkişafında böyük səylərin görüldüyü vurğulanıb.