Turist gəmisi batdı: 6 ölü, 31 itkin




Kolumbiyanın şimal-qərbində yerləşən El Penol de Qatape gölündə 170 sərnişinin yerləşdiyi turistik gəmi batıb. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 31 nəfər isə itkin düşüb. 

Almirant adlı 4 mərtəbəli gəmi Qatapedən 68 kilometr irəliləyərək Medelinə qədər gəlib və burada qəzaya uğrayıb. Dərhal ətrafda olanlar kiçik qayıqlarla köməyə gəliblər. Bundan başqa Medelin şəhər meri hadisə yerinə yardım göndərib və ümumi yardım nəticəsində bir neçə nəfər xilas olunub.