Türk ölkələrinin maliyyə bazarları birləşir ?
08:24 31.10.2017
Arxiv
690
"İnvestAZ” investisiya şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev türkdilli ölkələrin maliyyə bazarlarının birləşməsini təklif edib. E.Quliyev bu prosesin çətin olduğunu etiraf edib, lakin mərhələli şəkildə birləşmənin mümkünlüyünü dilə gətirib:
"Türkdilli ölkələr maliyyə bazarlarını birləşdirmək üçün vahid bir platforma qura bilərlər.
Əlbəttə, proses asan olmayacaq, lakin mərhələli şəkildə buna nail olmaq olar. Bu proses bir qədər vaxt ala bilər, lakin Avropa praktikasına nəzər salsaq görərik ki, bu, mümkündür”.
Şirkət rəhbəri əlavə edib ki, Azərbaycanla Türkiyənin maliyyə bazarları inteqrasiya prosesindədir: "Hazırda biz bu layihənin reallaşması üzərində işləyirik”.
Bu məsələnin ən azı Türkiyə ilə Azərbaycan arasında reallaşdırılması məsələsinin bir neçə ildir müzakirə predmeti olduğunu vurğulayan iqtisadçı, maliyyə bazarı üzrə ekspert Cəfər İbrahimli deyib ki, sadəcə fikir olaraq qaldığından bu istiqamətdə real addımlar atılmayıb:
"Burada söhbət xüsusilə kapital bazarlarının inteqrasiyasından gedir. Yəni bu inteqrasiyanın reallaşdırılması, həm yeni inkişaf mərhələsində olan respublikalarda bu sahənin inkişafına təkan verər, həm də Avrasiyanın finans mərkəzinə çevrilmək istəyən İstanbulun bu sahədə imkanlarının artmasına əlavə şərait yarada bilər”.
Ekspertin sözlərinə görə, inteqrasiyanın sürətləndirilməsi türk ölkələri arasında pul, sərmayə hərəkətlərinə paralel olaraq ticarət imkanlarını stimullaşdırdığı üçün bütün ölkələr üçün əhəmiyyətli bir prosesdir.
Bu layihəni gerçəkləşdirmək üçün atılması zəruri olan addımlara gəldikdə isə Cəfər İbrahimli deyib ki, bu məsələdə ölkələrin Palata və Mərkəzi Bankları inteqrasiya üçün yol xəritəsi müəyyən edir:
"Sərmayə və pul hərəkətini əngəlləyən problemlər ortadan qaldırılır və ya qarşılıqlı güzəştlər tətbiq olunur. Bundan sonra isə banklar, birjalar, depozitar sistemlər, investisiya şirkətlərinin qarşılıqlı əməkdaşlığı ilə inteqrasiya olunur. Qeyd edim ki, hazırda Azərbaycanın investisiya şirkətləri Türkiyə şirkətləri ilə əməkdaşlıq edərək Türkiyə birjalarında əməliyyat edə bilirlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya