Türkiyə amansız əməliyyatlar aparır
12:02 04.11.2017
Arxiv
927
“Amerika silahları ilə təchiz olunmuş PKK-nın sükutdan sonra yenidən təxribatlara başlaması təsadüfi deyil”
Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda təhlükəsizlik gücləri ilə PKK-lı terrorçular arasında baş verən atışmadan sonra PKK terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib. Türkiyə Daxili işlər nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar nəticəsində 31 terrorçu məhv edilib.
Terrorçularla atışma zamanı 8 türk əsgəri də şəhid olub. Ekspertlərə görə, bir müddət fasilədən sonra PKK-çıları yenidən səhnəyə çıxaran xarici güclər Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Terrorçuların yenidən aktivləşməsini "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyənin müstəqil siyasəti, Şimali İraq Kürd muxtariyyətinə qarşı təzyiqləri, həmçinin, Suriyada fəal siyasi-hərbi iştirakı müəyyən dairələri narahat etməyə başlayıb. Ekspertin sözlərinə görə, ABŞ-ın Suriyadakı YPG-ni silahlandırması PKK-nın da güclənməsinə gətirib çıxarıb:
"Amerika silahları ilə təchiz olunmuş PKK-nın sükutdan sonra yenidən təxribatlara başlaması təsadüfi deyil. Türkiyə şimali Suriyada YPG-yə qarşı amansız əməliyyatlar aparır. Vaşinqton isə Türkiyənin bu siyasətinə qarşıdır. Çünki türk ordusunun terror təşkilatına qarşı əməliyyatları ABŞ-ın maraqlarına cavab vermir. Ona görə də Türkiyəni yenidən daxili təxribatlara çəkməklə YPG-yə qarşı əməliyyatdan çəkindirməyə çalışırlar. Hesab edirəm ki, PKK-ya qarşı Türkiyənin anti-terror əməliyyatları uğurla davam edəcək. Suriyada və İraqda çox ciddi geosiyasi proseslərin şahidi olacağıq”.
Analitik bəyan edib ki, Türkiyənin bu xaosdan çıxması üçün apardığı siyasi-hərbi kampaniya ölkənin ümumi təhlükəsizliyinə xidmət edir:
"ABŞ silahlarına güvənən terrorçular Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı daha ağır zərbə vurmağa cəhd göstərirlər. PKK-nın arxasındakı güclər isə Türkiyəni siyasi xaosa sürükləməyə çalışırlar. Şimali İraqda kürd muxtariyyətinin müstəqillik fiaskosu və Suriyada planların gerçəkləşməməsi yenidən PKK faktorunu gündəmə gətirib. Lakin Türkiyə terrora qarşı davamlı qələbəsini təmin edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət