Türkiyə də hədəfdədir
21:11 26.10.2016
Arxiv
524
Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar
İraq hökumətinin etirazlarına baxmayaraq, Türkiyə Mosul şəhərinin İŞİD terrorçu qruplaşmasından azad edilməsində fəal rol oynamağa çalışır. Türkiyənin hərbi əməliyyatlarda iştirak etməklə bağlı təkidi Bağdadla Ankara arasında münasibətlərin gərginləşməsinə yol açıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan deyib ki, "heç kəs Türkiyənin Mosul döyüşündə iştirakının qarşısını ala bilməz”. İraqın Baş naziri Heydər Əl-Abadi isəTürkiyənin köməyindən imtina edərək bildirib ki, iraqlılar özləri vəziyyətin öhdəsindən gələ bilərlər.
Məzhəblərarası gərginlik qorxusu
Türkiyə Yaxın Şərqdə məzhəb zəminində baş verə biləcək gərginliklə bağlı narahatlığını dilə gətirib. Baş nazir Binali Yıldırım deyib ki, İraqın məzhəb müharibəsinə sürükləndiyi vaxtda Türkiyə sakitcə oturub tamaşa edə bilməz.
Sünni şəhəri olan Mosulda məzhəb münaqişəsindən çəkinən Türkiyə şiə üsyançılarının buradakı əməliyyatlarda iştirakına qarşı olduğunu gizlətmir. Ankara dünya ictimaiyyətini əməliyyatlardan sonra şəhərin məzhəb və etnik tərkibinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Türkiyə Prezidenti son çıxışında bildirib ki, İŞİD-in məğlub edilməsindən sonra Mosulda yalnız "sünni ərəblər, türkmənlər və sünni kürdlər olmalıdır”. Ekspertlərə görə, Mosul və ətrafında çox sayda türkmənlər yaşayır. Türkiyə özünü bu etnik azlığın müdafiəçisi kimi görür.
Kürd üsyançılarının İraqda rolu
Türkiyə və İraq arasındakı sərhədin uzunluğu 330 kilometrdir. Ankara hökuməti iddia edir ki, hazırda qonşu ölkədə baş verənlər Türkiyənin milli təhlükəsizliyinə birbaşa təsir edə bilər. Türkiyə İraqdakı Kürdistan regional hökumətinin komandanlığı altında olan kürd peşmərgə qüvvələrini dəstəkləsə də, qətiyyətlə PKK-nın Mosul əməliyyatında iştirakına qarşı çıxır. Çünki PKK bölgədə kürd azlığının muxtariyyətini tələb edir. Ona görə də Mosuldan 100 kilometr qərbdə yerləşən Sincar şəhərində hərbi əməliyyatlara qoşulmaq üçün cəhdlər edir. Düzdür, ABŞ və Avropa Birliyi PKK-nı terrorçu təşkilat sayır. Ancaq Türkiyə bu qrupun Mosul döyüşündə iştirak edəcəyi təqdirdə beynəlxalq legitimlik qazanacağından ehtiyatlanır. Türkiyənin İraqda hərbi mövcudluğu PKK-nın bölgədə güc göstərməsinə imkan vermir.
400 il Osmanlının olan Mosul yenidən Türkiyənin ola bilərmi?
Türkiyə uzun zamandan bəri diplomatik və hərbi üsullara əl ataraq, Yaxın Şərqdə əsas oyunçu olmağa can atır. Ancaq Mosul bu ölkə üçün tarixi əhəmiyyət daşıyır.
Mosul 400 ildən artıq Osmanlının tərkib hissəsi olub. Hətta 1923-cü ildə, Türkiyənin müstəqillik qazanmasından sonra yeni yaradılmış parlamentin bəyan etdiyi milli anlaşmada Mosulun türk torpaqlarının bir hissəsi olduğu elan edilib. Həmin dövrdə Mosul Britaniyanın işğalı altında idi. Britaniya Türkiyənin iddialarına son qoymaq üçün Millətlər Liqasında şəhərin statusunun yüksəldilməsinə nail oldu. İlk dövrlərdə Britaniyanın iddialarına müqavimət göstərən Türkiyə yekunda, 1926-cı ildə Mosulun İraqa verilməsinə dair sazişi imzaladı. O zamandan bəri zaman-zaman beynəlxalq siyasi mübahisələrdə Mosul məsələsi qaldırılıb. Əgər Türkiyə hökuməti keçmiş Osmanlı şəhərinin İŞİD-dən azad edilməsində rol oynaya bilsə, mövcud reallıq dəyişə bilər.
"Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir”
Politoloq Toğrul İsmayıl bildirib ki, Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar: "Türkiyəni sadəcə sünnilərin haqlarının müdafiəçisi kimi göstərməyə çalışırlar. Guya rəsmi Ankara, öz maraqlarını oradakı sünnilər vasitəsilə qorumaq istəyir. Yəni belə bir görüntü yaratmaq niyyəti güdürlər. Ancaq reallıq ondadır ki, fərqli etnikdən, məzhəbdən, ideologiyadan olan müharibə qaçqınları Türkiyəyə sığındı, İrana yox. Hadisələri diqqətlə izləyən hər kəs açıq-aydın görə bilər ki, regionda məzhəbçi siyasət izləməyən ölkələrin başında, məhz Türkiyə durur. Amma İran bölgədə şiəlik üzərindən oyun oynadığı və Türkiyə tərəfsiz yanaşmağa çalışdığı üçün Ankara sünni cəbhəsini müdafiə edirmiş kimi görünür. Əslində Türkiyə Mosulda tarazlığın pozulmasının əleyhinədir. Çünki bu tarazlıq pozularsa, həqiqi mənada məzhəb qarşıdurması yaranar. Nəzərə almaq lazımdır ki, orada yaşayan türkmənlər həm şiə, həm də sünnilərdən ibarətdir. Türkiyə, sadəcə sünni türkmənlər üçün çalışmır, şiə türkmənlərin vəziyyəti də Ankaranın maraq dairəsindədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat