Türkiyə ilə ABŞ arasında yeni gizli anlaşma... - Şərh

Məhəmməd Əsədullazadə:"Ağ Ev Türkiyə vasitəsi ilə İran və Rusiyanın mövqeyini zəiflətməyə çalışacaq"
"Türkiyə ilə ABŞ arasında yeni gizli anlaşma var”
Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitikin sözlərinə görə, ABŞ-ın Suriyadan hərbiçilərinin çıxartmaq planı Trampın seçki öncəsi verdiyi sözünü həyata keçirməsidir:
"Pentaqonun ciddi cəhdlərinə baxmayaraq, Trampın Suriyadan hərbiçiləri çıxartması heç də ABŞ-ın regionda zəifləməsinə gətirib çıxarmayacaq. Amerika bölgədə mobil hissələrini saxlayacaq. Sadəcə olaraq ağır texnika və canlı qüvvəni çıxardacaq ki, bu da Suriyadakı mövqeyinin zəifləməsinə anlamına gəlmir. Vaşinqton YPG kürd terror təşkilatı vasitəsi ilə Suriyada öz siyasətini reallaşdıra bilmədi. Türkiyənin terrorçulara qarşı qərarlığı Vaşinqton üçün çətin proses oldu”.
Politoloq bildirib ki, Vaşinqton bundan sonra Suriyada Türkiyə vasitəsi ilə siyasət aparacaq: 
"Ağ Ev Türkiyə vasitəsi ilə İran və Rusiyanın mövqeyini zəiflətməyə çalışacaq. Ssenarilər bu istiqamətdə gedərsə, Vaşinqton YPG-yə verdiyi dəstəyi kəsib, Türkiyəni dəstəkləməli olacaq. Son aylar ABŞ dövlət katibi, CİA rəhbəri və müdafiə nazirinin Ankaraya səfərləri yeni nizam üçün hesablanırdı. Xüsusən, "Patriot” və "F-35” təyyarələrinin Türkiyəyə satışı bu anlaşmaların tərkib hissəsi sayıla bilər”.
İsmayıl