Türkiyə ilə Avropa Birliyi arasında əlaqələr bərpa oluna bilərmi?- Ekspert rəyi




"Türkiyənin Avropa Birliyinə 2005-ci ildən etibarən başlayan daxil olma mərhələsi 2015-2016-ci illərdə dayandırıldı".

Bunu "Sherg.az"a Qərbi kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin eksperti Yadigar Nağıyev söyləyib. 

O qeyd edib ki, bu məsələ ilə bağlı avropa dövlətlərinin eyni mövqedən çıxış etməməsi prosesi əngəlləyirdi:

"Ancaq bu proses 2017-2018-ci illərdə Avropa dövlətləri daxilində siyasi-iqtisadi rəqabətin başlanması ilə inkişafa doğru irəliləməkdədir.

Türkiyənin bir gün AB-yə üzv olacağına əminəm. Çünki həm AB-nin, həm də Türkiyənin uzun müddətli hədəfləri bu istiqamətdədir. Əgər Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla miqrantlar mövzusunda razılaşmasa, yenidən seçilə bilməzdi-deyə-Köhnə Avropa Komissiyası sədr müavini Günter Verheugen qeyd etdi.

Fikrimcə, bu çıxış bəzi məsələlərin gün üzünə çıxmasına kömək edir.Bunları araşdırsaq, Avropa Birliyinin artan kredit borclarını,daxili istehsalatın tələbləri ödəyə bilməməsini bununla yanaşı regional rəqabətin güclənərək, Suriya,İraq və digər ərazilərə müdaxilələrin gecikməsini və ya heç edilə bilməməsini görürük.Məhz bu hallar AB-ni məcbur edir ki, Türkiyə ilə əlaqələr yaratsınlar. Siyasi düşüncədə Türkiyə-AB əlaqələri soyuq görünür.Amma əksinə AB ölkələri Türkiyə ilə əlaqə yaratmaq üçün öz siyasətlərini həyata keçiriblər. Fransa-Türkiyə,İngiltərə-Türkiyə kimi yaxınlıqları misal göstərmək olar ki, bu hallar digər AB dövlətlərini də buna sövq edir".

Türkiyənin qərbdən asılı olmaq istəmədiyini iddia edən ekspertin qənaətincə, rəsmi Ankara buna görə ABŞ və ya AB ilə yarana biləcək böhrandan qorxmur:

" Almaniya xarici işlər naziri Ziqmar Gabriel qeyd edib ki, Türkiyənin gücünü görmədikdə,birinci təxmin səhv ola bilər.İkinci proqnoz xüsusilə Avropalılar üçün fəlakətli nəticələrə səbəb olar.
Fikrimcə, həm Almaniya tərəfdən, həm də AB tərəfdən vəziyyətin ciddiliyi anlaşılır.Bu problemi həll etmək üçün addımlar atılsada, hər AB ölkəsi öz siyasi sistemindən yanaşaraq, şəxsi fikir formalaşdırır və beləliklə kollektiv düşüncə anlayışı iflasa uğrayır. Bu problemi və inteqrasiyanı həll etmək üçün AB bir halda düşünməyə məhkumdur. Məhz belə olduğu an konfliktlərin həlli asanlaşar.

İnsan hüquqları sahəsində və əsas demokratik dəyərlərdəki sistematik pozuntular göz önünə alınaraq, Kopenhagen kritelerinin də artıq tətbiq olunmaması səbəbiylə, AB ilə Türkiyə arasındakı üzvlük müzakirələri sonlandırılmalıdır-deyə Avstriya baş naziri Sebastian Kurz qeyd etdi".

Bu fikrin söylənilməsi sadəcə AB üçün böyük problemlə yanaşı Türkiyənində AB-ə inteqrasiyasını əngəlləmiş olur.Yeni seçilmiş bir dövlət başçısının məhz bu fikri səsləndirməsi isə gələcək də Türkiyə-Avstriya əlaqələrinidə qırılmalar yarada biləcəyini düşünmək lazımdır.

Bu an üçün zirvənin keçiriləcəyini söyləyirəm. Bəlkə bu görüş tərəflərin dialoqda qalması üçün son şansdır. Dünyanın bir çox yerində vəziyyət pisləşir və müharibələr aparılır-deyə 26 mart Varna görüşü haqqında Bolqarıstan baş naziri Boyko Borisov qeyd etdi.

Fikrimcə, bu tərz çıxışların olması mənfi çıxışlara nisbətən konfliktlərin həllinə dəstək olacaqdır.Çıxışındakı son şans isə həqiqətəndə istər, Yunanistan-Türkiyə istərsə də Rusiya-İngiltərə arasında, Suriya İraq məsələləri çox qarışıqlıqdadır.Bu görüşün olması isə konfliktləri həll edə bilmə gücünə sahibdir".