Türkiyə Karate Federasiyasının prezidenti: “Biz də burada olmaqdan qürur hissi keçiririk"





"Hər şey çox gözəl, mükəmməldi. Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub”. Bu fikirləri Avropa Oyunları çərçivəsində iki gün davam edən karate yarışlarında 3 qızıl, 2 gümüş, 4 bürünc medalla komanda hesabında millimizdən sonra ikinci yeri tutan Türkiyə Karate Federasiyasının prezidenti Esat Delihasan sherg.az-ın əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, xarici qonaqlarla da söhbət edərkən onlar da məmnunluqlarını ifadə edirlər: "Biz də burada olmaqdan və idman yarışlarında iştirak etməkdən qürur hissi keçiririk. Qardaş azərilərlə bərabər gözəl bir atmosfer yaranıb. İnşallah, həm siz, həm biz ümumilikdə yarışların sonunda uğurlu nəticələr əldə edərik. Bütün Azərbaycan xalqına göstərdikləri xeyirxahlığa, idmançılarımıza olan isti münasibətə görə çox minnətdaram”.

Vüqar Şahinoğlu