Türkiyə ordusu Suriyada 22 terrorçunu zərərsizləşdirib




Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı əməliyyatları davam etdirir.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, avqustun 24-dən başlayan "Fərat qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in mövqelərinə havadan və qurudan zərbələr endirilib.
Terror qruplaşmasına məxsus 103 hədəf məhv edilib.

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunur ki, artilleriya zərbələri nəticəsində 22 terrorçu zərərsizləşdirilib.