Türkiyə PKK hədəflərini məhv etdi




 Türkiyə PKK terrorçularına qarşı əməliyyatları davam etdirir.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında təşkil olunan hava əməliyyatı zamanı PKK-ya mənsub olan hədəflər məhv edilib. Bu haqda məlumat Milli Müdafiə Nazirliyinin sosial paylaşım hesabı olan "Twitter” səhifəsində yayımlanıb.

Hələ ki, əməliyyatın digər detalları haqda məlumat verilməyib.