Türkiyə səfiri: “Azərbaycanda da terror törətməyə çalışan xainlər var”
08:52 16.07.2018
Arxiv
536
Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Türkiyə səfiri Erkan Özoral, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.
Əvvəlcə 15 iyul hadisələrinə dair filmin nümayişi olub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: "15 iyul milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, yer üzü var olduqca, bu millət dövlət və vətəninə sahib çıxacaq. O günü planlayanlar islam dinindən sui-istifadə etdilər. Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyə xalqları 15 iyul hadisələrini eyni əhvalda, məyusluqla qarşıladı. O bildirib ki, Azərbaycan xalqı və Azərbaycan prezidenti 15 iyul hadisələrini həyəcanla izləyib, Türkiyəyə öz dəstəyini göstərib: "Düşünürəm ki, türk xalqı yaşadıqca, 250 şəhidin xatirəsi həmişə ehtiramla yad ediləcək. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm