Türkiyə səfiri “Şərq”i təbrik etdi





Türkiyənin Azərbaycandakı səfirliyi "Şərq” qəzetinin kollektivini təbrik edib.
Yeni səfir Erkan Özoral "Şərq”in redaksiyasına qəzetin fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə bağlı təbrik məktubu ünvanlayıb.
Məktubda "Şərq” qəzetinin Azərbaycan mətbuatındakı önəmi və keçdiyi yaradıcılıq yolu müsbət xarakterizə edilib: "Hörmətli Akif Aşırlı, Azərbaycanın mətbuatı tarixində önəmli yer tutan qəzetinizin 20 illik yubleyi münasibəti ilə Sizi və bütün kollektivinizi canı könüldən təbrik edir, uğurlarınızın davamını diləyirəm!”