Türkiyə sıradan bir ölkə deyil
21:11 15.03.2018
Arxiv
1479
“Binəli Yıldırımın çıxışları bir daha sübut edir ki, hər iki dövlətin sevinci və kədəri ortaqdır”
Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı önəmli açıqlamalar və mesajlar verib.
Prezident İlham Əliyevlə görüşü və VI Qlobal Bakı Forumunda çıxışı zamanı qardaş Türkiyənin hər durumda Azərbaycanın yanında olduğunu bəyan edən baş nazir "Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək” bəyanatını verib. Binəli Yıldırım bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı davasıdır:
"Azərbaycan ərazilərinin iyirmi faizi ermənilər tərəfindən işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədən Ermənistan bunun qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana qarşı istənilən təhdidə dərhal cavab veriləcək.
Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri ilə bağlı sualı cavablandıran baş nazir deyib ki, ABŞ Dağlıq Qarabağdakı erməniləri mükafatlandırmaq yerinə, onların törətdikləri insanlıq suçuna görə cavab vermələrinə çalışmalıdır. Türkiyə rəsmisi iki ölkənin regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb: "Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırım bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla dünyada sülhü bərqərar etmək mümkünsüzdür. Qafqaz regionunun təhlükəsizliyi üçün Azərbaycan, Gürcüstan və Türkiyə ciddi addımlar atır. Bu layihələr regiona stabillik gətirməklə kifayətlənmir, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdiririk”.
Türkiyə baş nazirinin bəyanatlarını "Şərq”ə dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Binəli Yıldırımın çıxışları bir daha sübut edir ki, Azərbaycan-Türkiyə qardaş və dost ölkələrdir. Deputatın sözlərinə görə, hər iki dövlətin sevinci və kədəri ortaqdır:
"Türkiyə hər zaman Azərbaycana dəstək olub. Qardaş ölkə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşüb. Bütün çətin dövrlərimizdə bizə ilk dəstəyi məhz Türkiyə verib. İndiki dövrdə də sıx əməkdaşlığımız davam etməkdədir. Ankara hökuməti hər zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini pisləyib və buna görə təcavüzkar Ermənistanla sərhədləri bağlayıb.
Türkiyə sıradan bir ölkə deyil, dünyanın nüfuzlu dövlətidir. Bütün məsələlərdə mövqeyi daim diqqətlə gözlənilən bir ölkədir. Cənab Binəli Yıldırımın Forumda çıxışı bir daha göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır. Qardaş ölkənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi bizim üçün çox önəmlidir. Şübhə yoxdur ki, problemin həlli üçün hər iki ölkə birlikdə çalışacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə