Türkiyə XİN Xocalı qətliamı ilə bağlı bəyanat yayıb
15:38 24.02.2017
Arxiv
453
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsi ilə bağlı bəyanat yayıb.
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistanın Dağlıq Qarabağda Xocalı şəhərinə hücum etməsi nəticəsində 613 azərbaycanlının, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi qeyd olunur:
"1275 nəfər əsir alınıb, 150 nəfərin aqibəti isə bu günə kimi məlum deyil. Bu gün hələ də Azərbaycan torpaqlarının 1/5 hissəsi işğal altındadır, 1 milyonda yaxın azərbaycanlı bacı və qardaşımız qaçqın həyatını davam etdirir. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 25 il əvvəl Xocalıda qarşı-qarşı qaldıqları bu vəhşiliyin acısını qəlbimizin ən dərinliyində hiss edir və ağrını ən dərin hisslərimizlə paylaşırıq. Bu insanlıq faciəsinə yol açanlar hər zaman tarix önündə və vicdan qarşısında məhkum qalacaqlar. Ermənistan silahlı qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdir, davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial