Türkiyədə 25 min AZN tapan qadın mükafatlandırıldı





Avtobus dayanacağında təxminən 25 min manat məbləğində valyuta tapan Hənifə Öndər valyuta dolu torbanı alaraq polisə təslim etmiş, pulun sahibinə çatmaq məqsədilə şəkil çəkərək sosial mediadan yayılmışdı.

Yoldan tapdığı pulu olduğu kimi polisə verən Hənifə Öndərin bu addımı hər kəs tərəfindən bir insanlıq dərsi kimi dəyərləndirilmişdi. Tapdığı pulun sahibinə qaytarılması ən böyük xahişi olduğunu vurğulayan Öndər öz paylaşımında bu cür yazıb: ‘’Belə bir halla qarşılaşan hər kəsin bu davranışı etməsini gözləyirəm. Polis məmuru və dostlarım bu hərəkətimə görə məni, onsuz da, təbrik ediblər. Pulun sahibi tapılsa, tanış olmaq istəyirəm. İnşallah, pul yerinə çatar və xoşbəxt olar o şəxs. Restoranda işləyirəm. Alnımızın təri ilə qazandığımız pulu yeyirik. Aşpaz köməkçisiyəm’’.

Qeyd edək ki, Əyyub bələdiyyəsi bu nümunə bu davranışı cavabsız qoymayıb. Əyyub Bələdiyyə sədri Rəmzi, Ziya Öndərin evinə gedərək bu nümunəvi davranışı səbəbiylə təşəkkür edib və ona yardım edəcəklərini söyləyib.

Yaşadığı evdə bir yataqdan başqa heç bir əşyası olmayan, buna baxmayaraq, tapdığı pulun bircə qəpiyinə belə toxunmadan polisə təslim edən Öndəri təbrik edən sədr Rəmzi Ziya səfər zamanı H.Öndərə iki əməkhaqqı məbləğində pul mükafatı verib: "Bu addım kifayət qədər nümunəvi bir haldır. Demək ki, halal, haram, əmək, insanlıq kimi anlayışlar hələ də yetəri qədər qorunub saxlanılıb. Əslində 15 iyulda da bu anlayışlar çox sürətli və dəqiq bir şəkildə millətimizin böyük əksəriyyəti tərəfindən ortaya qoyuldu. Hənifə qızımız da bunun gözəl bir nümunəsidir”. Bu nümunələrin məhz Əyyub Sultanda olmasının qürurverici bir hadisə olduğunu vurğulayan bələdiyyə sədri rayonun həqiqətən həyatı, mədəniyyəti, adət-ənənələri ölkəyə və bütün dünyaya nümunə olacaq mədəniyyət mərkəzlərimizdən biri olduğunu qeyd edib. H.Öndərin ehtiyac içində yaşadığını görən sədr ona yardım edəcəyini deyib: "Gördüm ki, Hənifə qızımız həqiqətən hazırda yatağından başqa heç bir əşyası olmayan bir evdə yaşayır. O vəziyyətdə birinin belə bir davranış sərgiləməsi təqdirəlayiqdir. Biz də inşallah, bələdiyyə olaraq ehtiyacı olan bütün vətəndaşlarımıza etdiyimiz çərçivədə Hənifə qızımıza da ictimai dəstək verəcəyik. Onun həyatını daha yaxşı davam etdirməsi üçün minimum şərtləri yaratmağa çalışacağıq”.