Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur
10:58 29.10.2017
Arxiv
502
Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı – qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 94-cü ildönümü geniş qeyd olunur. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu bayram münasibətilə ölkənin hər yerində küçə və meydanlar bayramsayağı bəzədilib, bütün şəhərlərdə mərasim və şənliklər təşkil olunub.
Oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, qardaş ölkənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların rəhbərləri, vətəndaşlar Mustafa Kamal Atatürkün mavzoleyini - "Anıtqəbir”i ziyarət ediblər.
"Anıtqəbir”in önünə əklil qoyulduqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan "Xatirə kitabı”na ürək sözlərini yazıb.
Hazırda "Anıtqəbir”də böyük izdiham yaşanır, Türkiyə xalqı mavzoleyi ziyarət edərək böyük oğlunun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya