Türkiyədə 3 əsgər şəhid olub




Türkiyənin Şırnak şəhərində Uludərə və Qabar dağında terrorçular əleyhinə əməliyyatlar davam etdirilir.

Lent.az-ın Türkiyə Kİv-ə istinadən məlumatına görə, əməliyyatlar zamanı 5 terrorçu məhv edilib. 

Terrorçuların əl bombasını partlatması nəticəsində isə 3 türk əsgəri şəhid olub, 5-i isə yaralanıb.