Bu ilk növbədə universitetlərin rəqabət mühitini artıracaq
Türkiyədə Azərbaycan universiteti yaradılacaq
20:48 30.10.2017
Arxiv
614
“Əgər bu proses Türkiyə ilə başlayacaqsa, hesab edirəm ki, artıq biz digər Avropa ölkələrində də bu addımları atmalıyıq”
Bu ilk növbədə universitetlərin rəqabət mühitini artıracaq
Bu ilk növbədə universitetlərin rəqabət mühitini artıracaq
Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib.
Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır: "İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür”.
Sözügedən təşəbbüslə bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, dünya reytinq siyahısında universitetlərin reytinqinə təsir edən əsas amillərdən biri həmin universitetlərin xarici ölkələrdə filiallarının mövcudluğudur. Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsi var və filial baxımından yalnız Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd və Dağıstan filialı fəaliyyət göstərir:
"Universitetlərimizin sayının çox olmasına baxmayaraq xaricdə təmsilçiliyimiz güclü deyil. İqtisad Universitetinin Dərbənd və Dağıstandakı filiallarının o qədər də reytinqi yoxdur və nüfuza malik deyil. Yəni ölkəmizdə İqtisad Universiteti kifayət qədər nüfuza malik olsa da, onun filialı beynəlxalq aləmdə tanınmır. Hesab edirəm ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması hər iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaq, Azərbaycana qeyri-neft sektorundan gəlirlərin daha da artmasına gətirib çıxaracaq.
Azərbaycanın neftlə bağlı olan universitetləri - Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti kimi universitetləri İraqda, Qətərdə, BƏƏ-də, Səudiyyə Ərəbistanında, yəni daha çox neft ixracı ilə məşğul olan ölkələrdə yüksək keyfiyyətli kadr potensialını formalaşdırmaq üçün filiallarını açmalıdır. Bu ilk növbədə universitetlərin rəqabət mühitini artıracaq. Bu gün Azərbaycanda bir sıra universitetlərin filialları var.
Məsələn, Seçenov adına universitetin və Moskva Dövlət universitetinin filialları fəaliyyət göstərir. Bu kifayət qədər müsbət haldır və hesab edirəm ki, orda hazırlanacaq ixtisaslar və ixtisaslar üzrə kadrlar Azərbaycanda rəqabətə, davamlı iqtisadiyyatın formalaşmasına, beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına müstəsna rol oynamalıdır.
Heç bir halda müstəqil ölkədə başqa bir dövlətin universiteti fəaliyyət göstərə bilməz, çünki bu həmin ölkənin ərazisi deyil, yalnız burda hansısa bir universitetin filialı fəaliyyət göstərə bilər. Bu kifayət qədər müsbət addımdır.
Ən azından, ölkənin təhsil və ümumi imicinin inkişafında mühüm rol oynayır. Əgər bu proses Türkiyə ilə başlayacaqsa, hesab edirəm ki, artıq biz digər Avropa ölkələrində də bu addımları atmalıyıq. Çünki Azərbaycanda kənd təsərrüfatı, neft və sənaye kimi ixtisaslar üzrə kadr hazırlığı dünyada ən nüfüzlu universitetlərlə rəqabətə girə biləcək səviyyədədir. Fikrimcə, bu digər universitetlərin də inkişafına gətirib çıxaracaq, çünki burda azad rəqabət forlaşacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya