Türkiyədə dənizdə batan gəmidəki 71 tələbə xilas edilib

Türkiyənin Hərbi Dəniz Qüvvələri dənizdə batan gəmidəki insanları xilas edib.
Muğlanın Fethiyə rayonunda dənizdə batan "Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub. Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.