Türkiyədə İLK: Uzaq mənzilli raket sınaqdan keçirildi





Türkiyə ilk dəfə "Bora" adlı uzaq mənzilli raketi uğurla sınaqdan keçirib.

Sherg.az report-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Fikri İşık bildirib.
Sınaq Sinop bölgəsində keçirilib.

İnformasiyaya əsasən, "Bora" raketini "Roketsan" şirkəti istehsal edib və 610 mm çapındadır.