Türkiyədən Mübariz İbrahimovla bağlı MÖHTƏŞƏM FİLM - Video




Türkiyə və azərbaycanlı rejissorların birgə əməyi sayəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi şücaətli döyüş yolu ilə bağlı möhtəşəm film hazırlanıb. Bu barədə Sherg.az -a Türkiyədəki xüsusi müxbirimiz xəbər verib.

Məlumata görə, filmdə azərbaycandan olan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğludur. Aktyor komandasında isə dünya üzrə məşhur aktyorlar birlikdə işləyiblər:

"Filmdəki səhnələr Mübariz İbrahimovun yaşadığı gerçək məkanlarda çəkilib. Artıq təqdimata hazır olan film 2018-ci ildə qardaş ölkənin əksər kinoteatrlarında nümayiş olunacaq. Qeyd edək ki, filmdə qəhərmanımızın 2010-cu ilin 18 iyun tarixində gecə saat 23:30 radələrində təkbaşına Azərbaycan və Ermənistan arasındakı bir kilometrlik minalanmış sahəni keçməsi, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşməsi, bunun nəticəsində düşməni ağır itkilərə məruz qoyması, onların zəif cinahlarını üzə çıxarması və döyüşçümüzün səhər saatlarında qeyri-bərabər döyüşdə böyük rəşadətlər göstərərək qəhrəmancasına şəhid olması səhnələri yer alıb. Bundan başqa filmdə qəhrəmanımızın düşmənin üzərinə getməzdən əvvəl valideynlərinə yazdığı məktubun mətni də təqdim olunub.

Həmin filmlə bağlı əldə etdiyimiz fraqmentləri təqdim edirik: