Türkiyəni ağladan eşq...

Yan-yana torpağa tapışırılıb
Dikmendəki evlərinə getmək üçün avtobus dayanacağında gözləyərkən həyatlarını itirən hüquq fakültəsinin tələbəsi gənc sevgililər Nüsrətdin Can Çalkınsın və Zeynəb Başaq Gülsoy yan-yana torpağa tapışırılıb. İki gənc aşiqin anaları isə uşaqlarının məzarı başında bir-birlərinə sarılaraq fəryad qoparıb. Zeynəb Başaq Gülsoyun türk bayrağına sarılı tabutuna, ağ duvak və qırmızı qərənfil qoyulub. Gənclərdən geriyə isə partlayış günü getdikləri kinoda çəkdikləri son foto qaldı.