Türkiyənin Qərb orbitindən qopması onu zəiflədəcək- POLİTOLOQ




Türkiyənin Yaxın Şərqdə mövqeləri zəifləyir.

Bunu Sherg.az-a Türkiyənin Qərb orbitindən qopub, Rusiyaya yaxınlaşmasınışərh edərkən politoloq Elxan Mehdiyev söyləyib. 
Ekspertin sözlərinə görə, qardaş ölkənin Qərbdən qopması onu 3-cü dərəcəli dövlət halına salır: 

"Bu Türkiyənin müasir texnoloji imkanlardan geri qalmasına, nəticədə iqtisadiyyatının dağılmasına gətirib çıxara bilər. Həmçinin hüquqi baxımdan ölkədə qanun aliliyinin, demokratik mühitin pozulmasının, insan hüquqlarının təmin edilməsinin zəifləməsinin şahidi ola bilərik. Bu hal Türkiyənin hazırda qoşulma barədə müzakirəsi aparılan "Şanxay” beşliyi ölkələrinin durumuna düşməsi deməkdir. Hakimiyyətin dövləti Avropa Birliyindən və Avropa mühitindən çəkindirməsi, Rusiya və Şərqə yönəltməsi yalnız onun zəifləməsinə gətirib- çıxaracaq. Bu, Türkiyənin Yaxın Şərqdə söz sahibi olmasına ciddi maneələr yaradacaq”.

Qeyd edək ki, son zamanlar Türkiyə Qərb mühitindən ayrılaraq Rusiyaya meyli ilə seçilir.

Ayyət Əhməd