"Türkiyəyə deyə bilməzlər ki, Rusiya ilə əməkdaşlıq etmə !" - Açıqlama
12:29 07.11.2017
Arxiv
629
"Hər iki tərəf öz milli mənafeyini qorumağa çalışır. Ola bilər ki, ABŞ və Türkiyə arasında bəzi məsələlərdə fikir ayrılığı olsun, amma bu, beynəlxalq münasibətlərdə normaldır”.
Bu barədə "Sherg.az”a ABŞ Türkiyə arasındakı münasibətlərdən danışarkən politoloq Zərdüşt ƏIizadə bildirib. O qeyd edib ki, Türkiyə ilə Rusiyanın münasibətlərinin Qərbdə qıcıq yaratması real deyil:
"Bu dövlətlər hərəsi öz dövlət mənafeyi çərçivəsində başqa ölkələrlə əlaqələr qururlar. Türkiyəyə deyə bilməzlər ki, Rusiya ilə əməkdaşlıq etmə,ortaq işlər görmə. Türkiyə NATO-nun, Qərb dünyasının üzvüdür, iqtisadiyyatı Qərbə inteqrasiya olunub, bu ölkələrlə sıx əlaqəsi var.
Fikir müxtəlifliyinin yaranması adi haldır, amma ziddiyyətdən söhbət gedə bilməz. Hətta ən yaxın müttəfiqlər olan İngiltərə-Amerika, Almaniya- Fransa arasında da fikir ayrılıqları var. Bu, normaldır”.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfər edib. Noyabrın 7-dən 10-dək davam edəcək səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək. Görüşdə terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr, miqrant böhranı, iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri müzakirə olunacaq.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət