"Türkiyəyə qarşı çıxış edənlər Rusiya və İranın agentləridir” - Analitik

Azər Rəşidoğlu:"Ankara bütün beynəlxalq tribunalarda Bakını müdafiə edir. Nə mümkündürsə, onu edir və edəcək"





"Türkiyə hər zaman Azərbaycanın yanında olub”.

Bu sözləri "Sherg.az”a "Ermənistan və Azərbaycan arasında müharibə başlayacağı təqdirdə Türkiyə Azərbaycanı müdafiə etməyəcək" iddiasına münasibət bildirərkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, analitik Azər Rəşidoğlu deyib.

O xatırladıb ki, Türkiyə Azərbaycanın yeganə strateji müttəfiqidir:

"Lakin bu ölkənin özünün də maraqları var və rəsmi Ankara istəsə belə, proseslərə açıq müdaxilə edə bilməz. Rusiya, Ermənistan və ABŞ Türkiyənin Dağlıq Qarabağ danışıqlarında birbaşa iştirakına qarşıdır. Buna baxmayaraq, Ankara bütün beynəlxalq tribunalarda Bakını müdafiə edir. Nə mümkündürsə, onu edir və edəcək. Türkiyəyə qarşı çıxış edənlər Rusiya və İranın agentləridir”.

Aysel Aslan