Türmədə olarkən "Nobel" alan çinli azadlıqda- Xərçəng xəstəsidir




Çinli Nobel sülh mükafatçısı Liu Xiaobo azadlığa buraxılıb. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, vəkilinin bildirdiyinə görə, ötən ay keçirilən diaqnostik yoxlamadan sonra L.Xiaobonun qara ciyərində xərçəng aşkarlanıb. Məhz bu səbəbdən onu yaxşı müalicə alması üçün azadlığa buraxıblar. 

O, artıq Şenyan xəstəxanasına yerləşdirilib və orada müalicə alır. Onun heç bir xüsusi layihəsi yoxdur. O, yalnız xəstəliyi ilə bağlı müalicə qəbul edir. 

Ahıl, intellektual və disident müəllim,2009-cu ildə 11 il azadlıqdan məhrum edilib. Onun həbsinə isə Çində demokratiyanın müasir və yeni təməlləri ilə bağlı yeni bir mətn tərtib etməsi olub. 

Qeyd edək ki, L.Xiaobon 2010 -cu ildə həbsdə olarkən Nobel sülh mükafatına layiq görülüb. 

Ayyət Əhməd