Tütün epidemiyası...
Nə qədər ki, ölüm halları yüksək səviyyəyə çatmayıb onu dayandırmaq mümkündür
Tütün tüstüsünün təsiri nəticəsində böyüklərin hər on nəfərdən biri, yəni ildə təxminən 6 milyon
insan dünyasını dəyişir. Bunlardan 10%-i passiv tütünçəkəndir, yəni çəkən insanların tütün tüstüsü ilə nəfəs alanlardır. Dünya tədqiqatları göstərir ki, bütün ölüm hallarının 63%-i qeyri-infeksion xəstəliklərin payına düşür ki, bunların əksəriyyəti tütün tüstüsünün təsiri səbəbindən baş verir. Belə olan halda 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. ÜST hesablamalarına əsasən dünyada 700 milyon uşaq (dünya uşaqlarının demək olar ki, yarısı) tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən hər il ən azı 200 000 insan iş yerində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində həlak olurlar.
Tütün epidemiyası - dayanaq, yoxsa dayandıraq?
Üçüncü minilliyin başlanğıcında tütünçəkmə artıq dünyanı bürümüş qlobal problemlərdən birinə
çevrilərək "tütün epidemiyası” ilə mübarizədə beynəlxalq səviyyədə səylərin gücləndirilməsini tələb
edir. İctimaiyyətinin diqqətini bu problemə cəlb edilməsi üçün aparılan tədbirlər isə bu gün də
aktuallığını itirməyərək uzun illərdir ki, dünya miqyasında davamlı şəkildə aparılır. Belə ki, 1977-ci
ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən Beynəlxalq Tütünçəkmədən İmtina Günü təsisedilərək hər il noyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunmağa başlandı. 1988-ci ildə isə
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə
31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Həmin dövrdən başlayaraq hər il Ümumdünya
Tütünsüz Gününün mövzusu tütünlə mübarizənin bir probleminə yönəldilir.
Tütün tüstüsü təhlükə törətməkdə davam edir
Tütün çəkənlərin sayının artım dinamikası narahatlıq doğurmaqla yanaşı, ictimai yerlərdə, məsələn,
ofis binalarında, kafe və restoranlarda siqaret çəkildikdə ətrafdakılar özgəsinin tütün tüstüsünü
udmaqla passiv tütünçəkməyə məruz qalırlar. Son illər Avropa ölkələrində tütünçəkməyə qarşı
rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaretçəkmədən xilas
olunmasına yönəldilib. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində
qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği,
uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin
profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır.
Siqaret çəkməyə aludəçilik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmələr adətən
özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmirlər. Gənclər əsasən
bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edirlər. Əksər
hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən
sonra özünü büruzə verir. Yanan siqaret kimyəvi fabrikə bənzəyərək, 4 mindən çox müxtəlif
birləşmə, o cümlədən 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir.
Düzdür, çoxları bilir ki, siqaret çəkmək zərərlidir, lakin az adamlar bunun təhlükələri barədə tam
məlumatlıdır. Belə ki, siqaret çəkmək ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur: ağ
ciyər xərçəngi - 90% hallarda; xroniki bronxit və emfizema - 75% hallarda; ürəyin işemiyası - 25%
hallarda. Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez
həyatla vidalaşmalı olur. Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret
çəkənlər düşünür ki, tütün çəkmək heç də sağlamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış
fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O
zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə
görə peşmançılıq hissi keçirilir. Həqiqətən, tütünçəkmə sağlamlığa hər gün zərər gətirir və hər
çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur.
Tütünlə mübarizə ölkəmizdə geniş dəstəklənir
2016-cı ilin iyun - oktyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ayrılmış maliyyə yardımı ilə Gənclərin
İnkişafı İctimai Birliyi tərəfindən "Sağlam gənclər - sağlam gələcək!” layihəsi uğurla baş tutmuşdur.
Layihənin çərçivəsində Bakı şəhərinin 7 məktəbinin 8-10-cu sinif şagirdləri və onlara tədris edən
müəllimlər arasında tütünçəkmənin və narkotik vasitələrinin zərərləri və insan orqanizminə
hərtərəfli təsiri barədə maarifləndirmə tədbirlərinin aparılmışdır və eyni zamanda tütünlə əlaqəli
sorğu keçirilmişdir.
Bakı şəhərinin 89/190 saylı məktəb, 23 saylı məktəb, 177 saylı məktəb, 26 saylı məktəb, 83 saylı
məktəb, 114 saylı məktəb və 5 saylı məktəbdə keçirilən tədbirlər interaktiv şəkildə, maarifləndirici
materiallar və təqdimatlar vasitəsilə maraqlı təşkil olunmuşdur. Həmin məktəblərdə tütünçəkmənin
zərəri və insan orqanizminə hərtərəfli təsiri barədə 8-10-cu sinif şagirdləri arasında biliklərin
qiymətləndirilməsi məqsədi ilə sorğu keçirmişdir. Sorğunun məqsədi şagirdlər arasında
tütünçəkmənin zərəri və insan orqanizminə hərtərəfli təsiri haqqında bilik səviyyəsini müəyyən
etmək və bu barədə təsəvvürləri haqqında məlumatlar əldə etmək, biliklərin 8-10-cu sinif şagirdləriarasında yayılmasının mövcud yollarını araşdırmaq və bu yollardan istifadə edilməsinin
səmərəliliyini müəyyən etmək, şagirdlər arasında aparılan maarifləndirmə və profilaktika işinin
təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlamaq olmuşdur.
Tütünçəkməni tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır?
Dünya miqyasında tütün məmulatlarından istifadə geniş vüsət alsa da tütünlə əlaqədar baş verən
xəstəlik və ölüm epidemiyasının qarşısını almaq hələ də gec deyil. Nə qədər ki, dünya miqyasında,
tütün məmulatlarından istifadənin genişlənməsi şəraitində tütünlə əlaqədar baş verən xəstəliklər və
ölüm epidemiyası yüksək səviyyəyə çatmayıb, onu dayandırmaq mümkündür. Unutmayaq ki,
ikincili tütün tüstüsünün təsirinin təhlükəsiz səviyyəsi mövcud deyil. Heç bir ventilyasiya, heç bir
filtrlər, hətta birlikdə istifadə olunduqda belə qapalı şəraitdə tüstünün təsirini təhlükəsiz səviyyəyə
endirə bilməz. Yalnız siqaretçəkmədən tam azad olan yerlər effektli təhlükəsizliyi təmin edə bilər.
Tütünçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq milyonlarla
insanlar bu təhlükədən qurtula bilir. Siqaret çəkməkdən imtina etmək müəyyən proses olduğundan,
insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır. Ona görə də, hətta bir gün
siqaret çəkməkdən imtina etmək sağlam həyat tərzi istiqamətində və bu təhlükəli vərdişlə
mübarizədə ilk addım ola bilər, özünüzün və ətrafdakılarınızın sağlam həyatı naminə qələbə addımı.
Babazadə Məhəmməd