Tviterdə xaos bitmir
Yusif Nəzərli
17:36 08.12.2022
Arxiv
2581
Mask qohumlarını işə götürür
Dünyanın ən zəngin insanlarından biri – Elon Mask (Elon Musk) maddi çöküş yaşanan tviteri 44 milyard dollara satın aldıqdan sonra sosial media platformasının minlərlə əməkdaşını işdən qovdu, ardınca isə öz qohumlarını işə götürdü. Bununla belə, Maskın şirkətində sular durulmur, bu texnoloji nəhəngdə baş verənlər gündəmdən düşmür. Mask əməkdaşların işdən çıxarılmasını şirkətin zərərə işləməsi ilə izah etməyə çalışır, lakin vəziyyətin yaxşılaşmasını söyləmək yenə də çətindir. Bu günlərdə isə şirkət çalışanlarından birinin ofisdə iş vaxtı yuxuya getməsini əks etdirən görüntülərin sosial şəbəkədə yayılması müzakirələri yenidən alovlandırıb.
Bazar ertəsi işə gedənlər ofisdəki bəzi otaqların yataq otağına çevrildiyini görüb. Yataq otaqlarına çarpayı, oturacaqlar, xalça, pərdə və konfrans zalı ilə əlaqələndirilmiş monitorlar qoyulub.
Deyilənə görə, hər mərtəbədə 4-8 yataq otağı quraşdırılıb. Mask isə paylaşım edərək “gərgin iş şəraitində çalışanlara dincəlmək imkanı yaratmışam”, - deyib. San-Fransisko bələdiyyəsi isə “kimsə hüquqdan üstün deyil.
Hər kəs binaların təyinatı üzrə istifadəsinə hökümlüdür. Kimsə qaydaları poza bilməz. İş yerində yataq otağı təhlükəlidir”, söyləyib.
E.Mask isə əməkdaşları işdən qovmaqda davam edir. E.Mask şirkətdə uzun illərdir vəkil işləmiş Ceyms Bakeri də işdən çıxarıb.
Buna səbəb kimi isə Bakerin ABŞ-də 2020-ci il prezident seçkiləri zamanı C.Baydenin oğlu Hunter Baydenlə bağlı məlumatların tviterdə senzuraya məruz qalmasını göstərib. “Business Insider” dərgisi isə E.Maskın əmisi oğlanlarını işə qəbul etdiyini yazıb. Xəbərə görə, E.Mask tviteri satın aldıqdan bu yana 7 min 500 əməkdaşın 70 faizi ya işdən çıxarılıb, ya da istefa verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm