“Üç-beş sənətkar qalıb, ya qalmayıb”
21:24 16.03.2018
Arxiv
1405
Rasim Balayev: “Mətbuat belə çox maraqlananda insan özünü dəyərli hesab etməyə başlayır”
Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub. Bu barədə aktyorun özü məlumat verib.
Əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub. Xalq artisti ilə əlaqə yaradıb əməliyyatdan sonrakı vəziyyəti ilə maraqlandıq. Rasim Balayev səhhətində elə bir ciddi narahatlıq olmadığını dilə gətirdi:
"İki gündür əməliyyat olunmuşam. Şükür, indi özümü yaxşı hiss edirəm. Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.
Rasim Balayev əməliyyatdan sonra dostlarının, həmkarlarının onunla maraqlandığını da qeyd etdi. Mədəniyyət Nazirliyindən heç kimin onunla əlaqə yaratmadığına da eyham vuran xalq artisti "Dostlar sağ olsun, maraqlanırlar. Mədəniyyət Nazirliyi isə nə zaman sənətkarlarla maraqlansa, yəqin ki, növbətisi mən olacam” söylədi.
Rasim Balayev Novruz ərəfəsində zarafatından da qalmayaraq "sənət adamları belə vaxtlarda ona olan diqqətin şahidi olurlar. İnsanıq da. Xəstəlik də olur, çətinlik də. Sadəcə mətbuat belə çox maraqlananda insan özünü dəyərli hesab etməyə başlayır. Onsuz da sənət aləmində üç-beş sənətkar ya qalıb, ya qalmayıb. Xəstəliyin yaxşı tərəfi də sənə olan sevgini, diqqəti görmək olur. Mənə görə narahat olanlara təşəkkürümü bildirirəm. Əsas odur ki, Novruz qapını döyür. Hamını bayram münasibətilə təbrik edirəm”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm