Ukrayna müzakirəyə çıxarıldı

Berlində “Normand dördlüyü” görüşdü



Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü” liderlərinin görüşü keçirilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko iştirak edirbər. Dörd ölkə lideri Ukraynanın cənub-şərqindəki vəziyyəti, Donbasda seçkilərin keçirilməsi, təmas xəttindən qoşunların geri çəkilməsi və s. məsələləri müzakirə edib.
Görüş çərçivəsində tərəflər eləcədə Suriyadakı vəziyyəti müzakirə ediblər.