Beynəlxalq təşkilatlarda Ukraynanın müdafiəsi işi ciddi və sistemli şəkildə aparılacaq
Ukrayna Rusiya təhlükəsinə qarşı səngərlər qazır
09:24 30.11.2018
Arxiv
401
Bölgədə çox qarışıq vəziyyət əmələ gəlib
Beynəlxalq təşkilatlarda Ukraynanın müdafiəsi işi ciddi və sistemli şəkildə aparılacaq
Beynəlxalq təşkilatlarda Ukraynanın müdafiəsi işi ciddi və sistemli şəkildə aparılacaq
Ukrayna hərbi birləşmələri Rusiya ilə müharibə ehtimalına qarşı ölkənin müxtəlif bölgələrində səngər qazmağa başlayıb. Məlumata görə, qazıntı işləri daha çox Rusiya sərhədinə yaxın olan Şirokino bölgəsində aparılır. Qazılan səngərlərin iki ölkə arasında gərginliyin baş verdiyi Azov dənizindən 800 metr məsafədə yerləşdiyi bildirilir. Ekspertlərin fikrincə, son günlər Ukrayna mövqelərinə hücum edən Rusiya Kerç boğazında, eləcə də Qara dənizin müəyyən hissəsində hegemonluğu ələ almaq istəyir.
Tərəflər arasındakı gərginliyi dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Moskva indiyə qədər Ukraynaya qarşı hibrid müharibəsi aparırdısa, indi birbaşa müharibə variantını işə salıb: "Rusiya Ukrayna gəmilərinə hücum etməklə və onları girov götürməklə Azov dənizinə tam hakim olduğunu sübut etmək istəyir. Bölgədə çox qarışıq vəziyyət əmələ gəlib. Böyük ehtimalla, Rusiyanın Ukraynadakı səfirliyi qarşısında etirazlar böyüyəcək.
Qərb ölkələri Rusiyanın Ukrayna donanmasına qarşı təxribatını qətiyyətlə pisləyərək siyasi rəhbərlikdən və beynəlxalq təşkilatlardan Rusiyaya qarşı ciddi tədbirlərin görülməsini tələb edirlər. ABŞ başda olmaqla, Qərb dünyası Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücumuna ciddi reaksiya verirlər. Gərginlik səngiməzsə, Rusiyaya qarşı sanksiyaların yeni, öldürücü mərhələsi sürətlənəcək. Lakin proses təkcə sanksiyalarla məhdudlaşmayacaq. Rusiyanın Ukraynaya qarşı apardığı pozucu təxribat işlərinin siyasi qiyməti də veriləcək.
Beləliklə, Ukraynanın öz torpaqlarının azadlığı uğrundakı mübarizəsinin ən azından siyasi cəhətdən əsaslandırılmış mərhələsi başlayacaq”.
Analitik vurğulayıb ki, hadisələrin bu istiqamətdə inkişaf etməsi Ukraynaya əlavə siyasi dividendlər gətirəcək:
"Qərb Ukraynaya öldürücü hücum silahlarını verə bilər. Həmçinin, Ukrayna ordusunun yenidən qurulması işi daha da sürətlənəcək. Ən başlıcası isə beynəlxalq təşkilatlarda Ukraynanın müdafiəsi işi ciddi və sistemli şəkildə aparılacaq. Yəni Azov dənizində baş verən arzuolunmaz hadisə Ukrayna məsələsini uzun müddət gündəmdə saxlayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm