Ukraynada uğur görünmür...

Saakaşvilinin karyerasının yüksəlişi Gürcüstanda ola bilər


Keçmiş qubernator Mixail Saakaşvili Ukraynada yeni siyasi partiya yaradacağını bəyan edib.
Saakaşvili bildirib ki, yeni partiyanın məqsədi Ukrayna cəmiyyətini korrupsiyaya bulaşmış tör￾töküntülərdən təmizləməkdir:
"Ölkədəki hazırkı çürümüş siyasi elitanı dəyişmək üçün yeni güc yaradacağıq”. Odessanın eks￾qubernatoru Yuxarı Radaya erkən parlament seçkilərinə nail olmaq istədiyini də vurğulayıb.
Xatırladaq ki, Gürcüstanın eks-prezidenti haqqında müxtəlif fikirlər dolaşmaqda idi. Bır sıra
ekspertlər Saakaşvilinin yenidən ABŞ-a və ya hansısa Avropa ölkəsinə gedəcəyini, elmi
fəaliyyətlə məşğul olacağını iddia edirdilər. Amma eks-qubernator Ukraynada qalıb mübarizə
aparacağını bildirdi. 

Mixail Saakaşvilinin bundan sonrakı siyasi fəaliyyəti ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu keçmiş prezidentin Ukraynada uğurlu siyasi gedişlər edəcəyinə 
inanmır.  Politoloqun fikrincə, Respublikaçıları təmsil edən Donald Trampın prezident
seçilməsindən sonra ABŞ-ın Ukrayna və Krım məsələsində Rusiya ilə qarşı-qarşıya gələcəyi
ehtimalı kiçikdir:  

"Birmənalı Amerika yönümlü siyasət yeridən, Vaşinqtonun layihəsi sayılan
Mixail Saakaşvilinin Ukraynada siyasi mübarizəsini davam etdirməsi, ABŞ-ın dəstəyi ilə
hakimiyyətə gəlməsi, Baş nazir təyin olunması ehtimalları çox azdır. Çünki qarşıda duran
mərhələdə MDB məkanı, xüsusən Cənubi Qafqaz regionu Rusiyanın nəzarətində olacaq. Bu
baxımdan yeganə istisna Gürcüstandır. MDB-nin digər ölkələrindən fərqli olaraq Vaşinqton
Gürcüstana xüsusi önəm verir. Bu baxımdan hansısa mərhələdə və variantda Saakaşvilinin
Gürcüstana qayıtması və orada Qərbyönümlü siyasətin önündə getməsi, lokomotiv rolu
oynaması imkanı daha çoxdur. Əgər Saakaşvili siyasi karyerasını bitirmək barədə düşünmürsə,
onun yenidən yüksəlişi Ukraynada yox, Gürcüstanda ola bilər. Yəni Gürcüstanda yenidən
Qərbyönlü siyasətçilərin aktivləşməsi üçün Saakaşvili kartından istifadə edilə bilər. Əks təqdirdə
Saakaşvili Ukraynadakı fəaliyyətini davam etdirsə belə, böyük uğurlar əldə edə bilməyəcək”.

İsmayıl