Ukraynalı diplomatlar Rusiya XİN-ə çağırıldılar






Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu gün Ukraynanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq”, - Zaxarova "Rossiya 24” telekanalının efirində deyib.

Onun sözlərinə görə, çağırılmaya səbəb "Ukrayna tərəfinin aqressiv və təxribatçı hərəkətləridir”.(Virtualaz.org)