Ukraynaya irimiqyaslı kiberhücum - ÖLKƏ İFLİC OLDU
15:28 27.06.2017
Arxiv
299
Bu gün Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib.
İKT.lent.az-ın Unian.net-ə istinadən xəbərinə görə, irimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.
Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir.
İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.
Maraqlıdır ki, kiberhücum bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində törədilən partlayışla üst-üstə düşüb. Solomensk rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşın partladılması nəticəsində sürücü - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval öldürülüb. Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil