"UNESCO-da siyasi mübarizə minimuma endirilməlidir" - Polad Bülbüloğlu
10:21 04.04.2017
Arxiv
265
"Azərbaycan hökumətinin UNESCO-nun baş katibi vəzifəsinə namizədliyimi irəli sürməsi mənim üçün həm gözlənilməz oldu, həm də qarşıma ölkəmizin humanitar əməkdaşlıq sahəsində müsbət təcrübəsinin qlobal səviyyədə yayılması öhdəliyini qoydu”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Rossiyskaya Qazeta”-ya müsahibəsində deyib. O bildirib ki, bu gün UNESCO dünya ictimaiyyəti kimi öz məqsədlərinə gedən yolda müəyyən çətinliklərlə üzləşir: "Maliyyə resurslarında ciddi çatışmazlıq var. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması üçün çox düşünülmüş, planlı şəkildə iş aparmaq lazımdır”.
Səfir qeyd edib ki, Azərbaycanda tarixi abidələrin qorunması işinə böyük önəm verilir və ölkənin 2 abidəsi UNESCO-nun siyahısına daxil edilib: "Biz qeyri-maddi mədəni irs siyahısının formalaşmasında da aktiv rol oynayırıq. Əgər ulu babalarımızdan bizə qalmış mirası qorumaq sahəsində baş verən prosesləri analiz etsək, Azərbaycanda iqtisadi inkişafın mədəniyyətin qorunması və inkişafındakı təsirini görə bilərik. Düşünürəm ki, bu faydalı təcrübə qlobal miqyasda da tələb oluna bilər”.
Prioritetlərə gəlincə, P. Bülbüloğlu bildirib ki, əsas məqsədi UNESCO-da siyasi mübarizəni minimuma endirməkdir: "Qarşıdurmalar üçün kifayət qədər formatlar var. UNESCO-nun məqsədi humanitar sahədə fəaliyyət göstərməklə sülhə nail olmaq, təşkilatın indiki böhranlı şəraitə uyğunlaşdırılmasıdır. Mən bu istiqamətdə fəaliyyət göstərməyə hazıram. Ümid edirəm ki, bütün tərəfdaşlarımızla birlikdə bu yolun sonunda qürur duyacağımız bir şey olacaq”.
Qeyd edək ki, UNESCO-nun yeni baş katibi bu ilin oktyabrında seçiləcək. Polad Bülbüloğlu ilə yanaşı, bu vəzifəyə daha 9 nəfərin namizədliyi irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya