Universitet tələbəsi təhsili üçün mal otarır, yük daşıyır, kərəyağı satır





Trabzonlu Hüsnüyə Başkan, həm ikinci universitet təhsilini davam etdirir, həm də oxuyarkən ailəsinə yük olmamaq üçün yük daşıyır, özü hazırladığı kərəyağı və pendirin satışını reallaşdırır. Başkan "Öz işlərimdən başqa, qonşularımızın ot və odun kimi yüklərini də müəyyən bir pul qarşılığında daşıyıram. Qazandığım pul ilə ali məktəb xərclərimi qarşılayıram, yeni kitablar alıram” deyir.
Universitet təhsilinə ikinci kursdan davam edən Başkan, hər fürsət tapdığında kitab oxumağa səy göstərir. Həftədə ən az bir kitab oxumağa çalışan qız, heyvanları otardığı zaman da əlindən kitab düşmür.
Kənddə heç bir zaman işlərin bitməyəcəyinə işarə edən Başkan, "İnəklərin otarılması, sağmaq, axırları təmizləmək, ot biçmək və digər bağ- bağça işlərini anamla birlikdə edirik. Otlaqda inəklərə göz-qulaq olub, kitab oxuyuram, imtahanlara hazırlaşıram" deyə danışır.