Bundan sonra universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq
Universitetlər müstəqil fəaliyyət göstərə bilməyəcəklər
12:18 04.11.2017
Arxiv
864
Ali məktəblər tabe olduqları quruma hesabat verməli olacaqlar
Bundan sonra universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq
Bundan sonra universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla "Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib.
Sözügedən sərəncamı şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ali təhsil müəssisəsi Azərbaycan Respublikasının Təhsil Qanununa, ona müvafiq olaraq Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlarına, bu əsasnaməyə və özünün Nizamnaməsinə uyğun fəaliyyət göstərir:
"Bir neçə ay bundan əvvəl, 21 iyun 2017-ci ildə Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalamışdı. Həmin tarixdən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi vurğulanırdı”.
Ekspertin sözlərinə görə, universitetin özünü idarəetmə statusu dedikdə özünüidarəetmə dedikdə daxilində yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti başa düşülür:
"Bununla bərabər universitetin kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyat statusa malik olması nəzərdə tutulur. Publik hüquqi şəxs olmasına baxmayaraq dövlət ali təhsil müəssisələri təhsil qanunvericiliyinə, xüsusi normativ aktlar və Ali təhsil müəssisəsi haqqında Əsasnaməyə müvafiq olan nizamnamə əsasında idarə olunur”.
K.Əsədov hesab edir ki, publik hüquqi şəxs olduqdan sonra əvvəlki sistemlə özünü idarəetmənin təşkili mümkün deyildi. Bundan sonra universitetin idarə olunmasında ciddi şəkildə dəyişikliklər olacaq:
"Belə ki, buna qədər ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor (prezident) tərəfindən edilirdi. Lakin o, daxili fəaliyyətdə müstəqil idi. Belə ki, qanunvericiliyə uyğun olaraq ali məktəbin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisəsinin daha da inkişaf etdirilməsi məqsədi ilə istifadə olunmalı, təhsilin maddi-texniki bazası genişləndirilməli və müasirləşdirilməli, təlim stimullaşdırılmalı, təkmilləşdirilir, elmi araşdırmalar, təhsil alanları və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilməli, ali məktəblərin xarici ölkələrlə əlaqələri genişləndirilməli olduğu halda, bir müddət əvvəl aidiyyəti dövlət orqanlarının apardığı araşdırmalardan sonra məlum oldu ki, bu təhsil ocağında fəaliyyət bu tələblərə uyğun olaraq təmin edilməyib. Müəyyən pozuntulara yol verilib.
Universitetə daxil olan ödənişlərdən əldə olunan gəlirdən şəxsi qazanc məqsədi ilə istifadə olunmasına icazə verilmədiyi halda, bir neçə il əvvəl buna yol verilib. Bu kimi halların baş verməsinin əsas səbəbi o idi ki, universitetin öz muxtariyyəti var idi və özünü idarəetmə hüququna malik idi. Lakin edilən dəyişiklikdən sonra Kadr potensialı və maddi-texniki baza ilə bağlı məsələlərdə universitetlər müstəqil fəaliyyət göstərə bilməyəcəklər və tabe olduqları quruma hesabat verməli olacaqlar.
Bundan əlavə maliyyə dövriyyələri ilə bağlı şəffaf hesabatlar verməli olacaqlar. Nəzərə alsaq ki, hazırda İqtisad Universitetində 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistr təhsil alır və maliyyələşməsinin 99 faizi tələbələrin təhsil haqları hesabına həyata keçirilir, düşünürəm ki, bu şəffaflığın təmin olunması üçün zəruri addım idi. Prezidentin müvafiq sərəncamı növbəti tədris ilindən tələbələrin təhsil haqlarının artmasına təsir etməyəcək. Əksinə, maliyyə hərəkətliliyində şəffaflığın təmin olunacağına görə təhsil haqlarında müəyyən qədər azalma müşahidə oluna bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual