Uorlik rusiyalı həmkarını təkrarlayırdı-İDDİA




Ceyms Uorlik də o biri həmkarlarından heç nə ilə fərqlənmədi. 

BunuSherg.az-a onun ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən getməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu bildirib. 

Ekspertin sözlərinə görə, amerikalı diplomat elə rusiyalı həmkarının dediyini təkrarlayırdı: 

"O, gah dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu fikir xoşumuza gəldi. Üstündən aylar keçdi tvit yazdı ki, paralel olaraq Dağlıq Qarabağın status müzakirələri də başlamalıdır. Bilmədik ki, amerikalı diplomat münaqişənin "mərhələli”, yoxsa "paket” həllinin tərəfdarıdır. Ancaq onu bildik ki, amerikalı diplomat elə rusiyalı həmkarının dediyini təkrarlayır. Rusiyalı həmkar demişkən, Uorlikin diplomatik fəaliyyətini yekunlaşdırdıqdan sonra Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin tərəfdaş olaraq çalışması da çox nəsnədən xəbər verir.

Qeyd edək ki, Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir. Bu barədə diplomat özünün "Twitter" hesabında yazıb. O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.

Ayyət Əhməd