Çoxu restorandan, şadlıq evlərindən evə gəlirlər və uzanıb yatırlar
Ürək-damar xəstəlikləri daha çox qida ilə bağlıdır
08:11 28.03.2018
Arxiv
786
Azərbaycanda qida mədəniyyətinin qüsuru ondan ibarətdir ki, intensiv yemək günün ikinci yarısında olur
Çoxu restorandan, şadlıq evlərindən evə gəlirlər və uzanıb yatırlar
Çoxu restorandan, şadlıq evlərindən evə gəlirlər və uzanıb yatırlar
Macarıstan qan dövranı xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayına görə Avropa ölkələri arasında üçüncü yeri tutur. İstər kişilər, istərsə də qadınlar arasında xəstəliklərin çoxu yüksək qan təzyiqi ilə bağlıdır. Bu barədə "Generali” sığorta şirkətinin apardığı araşdırmada göstərilib.
Sığorta şirkətindən bildiriblər ki, pis qidalanma və xolesterinin səviyyəsinin yüksək olması arterial təzyiqi yaradan əsas amillərdən biridir. Siqaretçəkmə, qəhvə və alkoqol ürək-damar sisteminə ziyan vurur. Yalnız cüzi miqdarda şərab yaxşı təsir göstərir.
Kardioloji xəstəliklərin əsas səbəbi kimi stresli həyat tərzi də qeyd olunurdu. Görünən odur ki, düzgün qida rasionunun olmaması da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Qida mədəniyyətimizin qüsurlu olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, biz həddindən artıq çox qida qəbul edirik, həmçinin azyaşlı uşaqları da belə öyrədirik:
"Çox qida qəbul etməyimizə baxmayaraq aldığımız kaloriyə uyğun hərəkət etmirik. Bədənə həddindən artıq çox kalori daxil olur, amma kalorinin sərfiyyatı azdır. Nəticədə ürək-damar, şəkərli diabet və.s xəstəliklər yaranır.
Bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında bir balans olmalıdır. Qidalanmaya uyğun hərəkət mütləqdir. Qida mədəniyyətimizin də bir qüsuru ondan ibarətdir ki, intensiv yemək günün ikinci yarısında olur. Restoranlar, şadlıq evləri, kafelər və s. Bu cür intensiv qidalanmadan sonra evə gəlirlər və uzanıb yatırlar. Bu da damarlarda həddindən çox ciddi problemlərə gətirib çıxarır. Ürək-damar xəstəliklərinin yaranmasının əsas səbəblərindən biri budur.
Müharibədən sonra insanlar uzun müddət yaşadılar, aclıq oldu, yemək az idi, ona görə də bədən müvafiq kalorini sərf edirdi və orqanizm normal çalışırdı. Amma indi insanlar çox yeyirlər, nəfslərinə üstün gələ bilmirlər. İnsanlar az hərəkət edirlər, qısa məsafəni də maşın və ya avtobusla qət edirlər.
Təbii ki, bütün bunlar ciddi xəstəliklərə zəmin yaradır. Qidanın keyfiyyət parametrləri də olduqca aktual və vacib məsələdir. Çünki keyfiyyətsiz qidalar da insan orqanizmi üçün böyük fəsadlar törədir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm