"Urmiya universiteti milli iradəni aldadır" - ZƏLİMXAN MƏMMƏDLİ




"İranda yaşayan 35 milyonluq Azərbaycan türkünün 1-ci sinifdən başlayaraq Azərbaycan dilində təhsil almaq hüquq var”.

Bunu Sherg.az-a Urmiya Universitetində Azərbaycan dilinin və Ədəbiyyatının tədrisinə icazə verilməsinə münasibət bildirərkən ekspert Zəlimxan Məmmədli deyib. 

O, bildirib ki, soydaşlarımızın ana dilində təhsili məsələsi İranda fəaliyyət göstərən Güney Azərbaycan Milli Hərəkatının da hər zaman gündəmindədir:

"Hazırda təhsil üçün dərsliklər də hazırlanıb. İranda Güney azərbaycanlılara ana dilində tədrisə icazə verilməsi ondan irəli gəlir ki, dünyada gedən proseslər, Güney Azərbaycan türkünün varlığı İrandakı mövcud rejimi narahat edir. Bu qərar milli iradəni aldatmağa hesablanan addımdır. Lakin prosesin davamlı olması qənaətindəyəm. Bundan sonra uzun illərdir ki, icra olunmayan İran Konstitusiyasının ana dilində tədris nəzərdə tutan 15 və 19-cu maddələri artıq zamanla icra olunacaq. Urmiya Universiteti irəliyə atılmış başlanğıc addımı reallaşdırdı. Düşünürəm ki, yalnız bununla kifayətlənməmək şərtdir”.

Qeyd edək ki, İranın Urmiya Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi üçün müvafiq icazə alınıb.

Aysel Aslan