Uşaq bağçalarının elektronlaşdırılması müsbət nəticə verəcəkmi ?
07:14 27.04.2019
Arxiv
625
Uşaq bağçalarına qəbulda yaşanan bəzi neqativ halların aradan qaldırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni metoda keçilməsini təklif edib. Söhbət uşaq bağçalarına qəbulun elektronlaşdırılmasından gedir. Bu barədə BŞİH başçısı müşavirədəki çıxışında bildirib.
Müşavirədə paytaxtın məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ hallara yol verilməməsi ilə bağlı ciddi xəbərdarlıq edilib, bildirilib ki, qəbul məsələləri nəzarətə götürülüb və bağçalara qəbulun elektronlaşdırılması işləri artıq bu ilin sonuna kimi həyata keçiriləcək.
Bağçalara qəbulun elektronlaşdırılması təklifi bir müddətdir, müzakirə olunur. Qəbulun elektronlaşdırılmasının neqativ halların qarşısını nə dərəcədə alacağı isə sual altındadır.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva «Şərq»ə açıqlamasında BŞİH başçısı Eldar Əzizovun təklifini müsbət dəyərləndirdi:
- Hesab edirəm ki, uşaq bağçalarına qəbul elektronlaşdırılarsa qəbul prosesinə müdaxilələr artıq mümkün olmayacaq. Uşaqlar barəsində məlumatlar elektron sistemə yerləşdiriləcək, bağça müdirəsi də uşağın bağçaya qəbulundan imtinanı əsaslandırmalı olacaq. İmtinanın səbəbini izah etmək məcburiyyətində qalacaqlar. Valideyn də vəziyyətdən xəbərdar olacaq. Məncə, elektronlaşdırma sistemi müsbət nəticə verəcək.
K.Ağayeva elektron sistemə müdaxilənin inandırıcı olmadığını da dedi:
- Düşünmürəm ki, elektron sistemə müdaxilələr mümkün olsun. Əgər olacaqsa da, mütləq ortaya çıxacaq. Həm də bu artıq, uşaq bağçası direktorlarının vicdanına qalan işdir.
Qeyd edək ki, paytaxtdakı uşaq bağçalarının sayı ilə uşaqların sayı tərs mütənasiblik təşkil edir.
Ekspertlərin hesablamalarına görə, hazırda Bakıda 1672 uşaq bağçası fəaliyyət göstərir və bura da 123 min uşaq cəlb edilə bilir. Bu isə o deməkdir ki, uşaq bağçaları uşaqların yalnız 25 faizini əhatə edə bilir.
K.Ağayeva uşaq bağçalarının uşaqların tam sayını əhatə etmədiyini təsdiqlədi:
- Bəli, hazırda uşaq bağçaları uşaqların hamısını əhatə edəcək sayda deyil. Təkcə, Bakı əhalisi nəzərə alınarsa, inanmıram ki, bağçalarda uşaqlara yer çatmasın. Bakı qeydiyyatı olanlar baxımından uşaq bağçaları yetərli saydadır. Amma paytaxta böyük miqrasiya axını var. Paytaxtda qeydiyyatı olmayan ailələrin övladları da uşaq bağçalarına getmək məcburiyyətindədir. Uşaq bağçalarında sıxlıq həm də bu səbəbdən yaranır. Elə işlər görülməli, elə layihələr icra edilməlidir ki, region əhalisi regionlarda yaşamağa üstünlük versin. O zaman uşaq bağçaları problemi də çözülər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya