Uşaq doğdu, 5 gün sonra kabus yaşadı

Tikişləri partlayan ananın bağırsaqları çölə töküldü
Hamilə ana qızını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdikdən sonra ola biləcək ən pis şey başına gəldi.
28 yaşlı Sam Bell, planlandığı üzrə qızı Chloeni qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdi. Bundan sonra evdə qızıyla vaxt keçirən Sam, 5 gün sonra tikişlərinin sökülməsi üçün genekoloqu gözləyərkən kabus yaşadı. Ayağa qalxdığı an qarınındakı tikişləri partlayan Samin bağırsaqları bir anda çölə töküldü. Bağırsaqlarının tamam dağılmaması üçün öz əliylə tutmaq məcburiyyətində qalan ana təcili olaraq xəstəxanaya çatdırıldı. Ananın qarınına 20 tikiş qoyuldu və vəziyyətinin yaxşı olduğu ifadə edildi. Xəstəxana rəhbərliyi hadisə ilə əlaqədar ailədən üzr istəyərkən keçirdiyi zədənin təsirlərini hələ tam olaraq sovuşdura bilməyən Sam, "Aşağı baxdığımda bağırsaqlarımın sallandığını gördüm. Dərhal həyat yoldaşıma səsləndim və bir daha bağırsaqlarıma baxmağa cəsarət edə bilmədən təcili yardımın gəlməsini gözlədim” dedi. Evdə yataq vəziyyətində 40 dəqiqə təcili yardım gözləyən qadın sonunda sağlamlığına qovuşdu.