
Uşaq əməyinin istismarının qarşısı alınmalıdır, lakin...
08:05 30.04.2019
Arxiv
554
Mehriban Zeynalova deyib ki, hazırkı qanunvericilik valideynlərin cəzalanması üçün lazımi imkan vermir
"Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib”.
Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında əksini tapıb.
Sənəddə qeyd olunub ki, aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təqsirləndirilib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib.
Qeyd edilir ki, illik məlumatı Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.
«Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında hesabatda qeyd edilən məqamların aktuallığı ilə yanaşı, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planında dayanan prioritet məsələlərdən olduğunu dedi:

- Ümumiyyətlə, MFP uşaqlarla bağlı çox ciddi məqsəd və vəzifələr dayanırdı ki, bu da hesabatdan göründüyü kimi, həyata keçirilən məsələlərdir. Uşaq istismarı, uşağa qarşı zorakılıq faktlarına dair DİN-in operativ reaksiyası xüsusilə təqdirəlayiqdir.
Düşünürəm ki, qanunvericilik islahatları bu imkanları daha da genişləndirəcək. Milli Koordinatorun hesabatında qeyd edilən rəqəmlər realdır və bu rəqəmlər həm də QHT ilə əməkdaşlıq nəticəsində müəyyən edilənlərə də şamil olunur. Xüsusi qeyd etmək istəyirəm ki, İnsan alveri ilə mübarizə üzrə Milli Koordinator QHT-lərlə daimi sıx əməkdaşlıq quran hökumət nümayəndəsidir.
Bəs valideynlər barədə inzibati tənbeh cəzası uşaq əməyinin istismarının qarşısının alınmasında nə dərəcədə təsirli vasitədir?
M.Zeynalova qeyd etdi ki, hazırkı qanunvericilik valideynlərin cəzalanması üçün lazımi imkan vermir:
- Məsələn, biz düşünürük ki, belə hallarda valideynlik hüququndan mərhumetmə kimi tədbirlər gücləndirilməlidir. Bu sahədə qanunvericiliyin təkmilləşməsinə, cəza tədbirlərinin ağırlaşdırılmasına təbii ki, ehtiyac var. Ümid edirəm, növbəti fəaliyyət planında bu məqamlar öz əksini tapacaq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı