"Uşaq xəstəliklərinin artmasında həkimlərin də günahı var" - AÇIQLAMA
08:01 28.12.2016
Arxiv
675
Azyaşlı uşaqlarda tənəffüs və mədə-bağırsaq sistemi xəstəliklərinin artması təəccüblü deyil.
Bunu Sherg.az-a bu il Azərbaycanda 52 mindən çox uşaqlarda müxtəlif xəstəliklər aşkarlanması barədə məlumata münasibət bildirərkən həkim-pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, ölkəmizdə uşaqlarda rast gəlinən xəstəliklər arasında qan xəstəliyi- talessemiya və qohum nigahlar hesabına artan irsi-genetik xəstəliklərin statistik rəqəmləri bir qədər fərqlənir:
"Xüsusən körpələrdə tənəffüs və mədə- bağırsaq sistemi xəstəliklərinə rast gəlinməsi qorxulu deyil. Uşaqlarda tənəffüs sisteminin anatomik-fizioloji quruluşu xəstəliklərə qarşı həssasdır.
Ümumiyyətlə, uşaqlarda xəstəliklərin çoxalmasına ən başlıca səbəb həkimə gec müraciət edilməsidir. İnsanlarımız daha çox "Keçib gedər" prinsipi ilə hərəkət etdiyi üçün bunun fəsadları yaranır. Uşaqlarda buna yol verməmək lazımdır".
V. Qarayev hesab edir ki, son zamanlar sinir sistemi xəstəliklərinin artmasına da rast gəlinir:
"Bunun da səbəbi qadınların hamiləlik dövründə həkimə vaxtında getməməsi, müayinələrə gecikməsi, hamiləliyin yaxşı nəticələnməməsi kimi hallardır. Burada həkimlərin də günahı var ki, ana bətnində övladın sinir sistemi formalaşır və onlar yaranan problemləri vaxtında aşkar edə bilmirlər. Tək bölgələrimizdə kifayət qədər hamilə qadın var ki, 9 ayda 1-2 dəfə həkimə gedir. Bu da xoşagəlməz nəticə verir. Elə ailələr var ki, 2-3 uşaq xəstə doğulur, 4-cü körpədə də həkimə getmir. Bu qəbuledilməzdir. Ən azından müayinələr vaxtlı-vaxtında olmalıdır.
Ucqar rayonlarda hələ də "Allah verən paydır" prinsipi ilə hərəkət edirlər. Lakin uşaqların xəstə və ya əlil olmasına imkan verməmək lazımdır. Nəsildə ailədə irsi- genetik xəstəliklər varsa, buna vaxtında müdaxilə edilməlidir. Hətta ən kritik hallar aşkar edildikdə, ana bətnində abort etdirilsə, yaxşı olar. Düzdür, bu müəyyən cəhətdən düzgün deyil, amma nəzərə almaq lazımdır ki, əlil və ya ciddi xəstəliklə dünyaya gələn uşaqlara qulluq çətin olur və ailə artıq baxa bilmədikdə xəstəxanalara yerləşdirir. Əlil körpələrin atılmasındansa, hamiləliyin yarımçıq sonlandırılması daha düzgündür”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin xəbərinə görə, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsində aparılan profilaktik müayinələrin ümumi nəticəsi olaraq, bu il Bakıda 52 mindən çox uşaqda müxtəlif xəstəliklər aşkarlanıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm