Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidir?
07:26 28.03.2020
Arxiv
517
Koronavirus epidemiyası dövründə uşaqların digər insanlarla təmasları mümkün qədər məhdudlaşdırılmalı, yoluxma riskini minimuma endirmək üçün onlar evdə qalmalıdırlar.
Lenta.ru-nun məlumatına görə, bu barədə tövsiyə Rusiyanın “Rospotrebnadzor” qurumunun (“İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) saytında dərc olunub.
Bildirilir ki, evlərin və evdə olan əşyaların dezinfeksiyasına diqqət yetirilməlidir. Eyni zamanda, otaqların havası mütəmadi olaraq dəyişilməli, gündə ən azı bir dəfə dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizlənmə aparılmalıdır.
Evə gətirilən məhsulların qablaşdırılmasının da dezinfeksiyasına diqqət yetirilməlidir.
Valideynlərə uşaqların ictimai iaşə obyektlərinə, ticarət, tədris və əyləncə mərkəzlərinə getmələrinin qarşısını almaq tövsiyə olunub.
Həyət və parklardakı uşaq meydançaları da ictimai yerlərdir, bu səbəbdən pandemiya dövründə bu cür yerlərə getməkdən çəkinmək lazımdır.
İnsanlarla təması istisna etmək mümkün olacaqsa, meşələrdə və parklarda gəzmək tövsiyə olunur. Ümumiyyətlə, gəzintilər üçün insanların çox toplaşmadığı yerlər seçilməlidir.
Uşağa əli ilə üzünə toxunmaması izah edilməlidir. Bundan əlavə, azyaşlıların qapı tutacaqlarına, məhəccərlərə, divarlara və lift düymələrinə toxunmaması təmin edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm