Uşaqlarını atan ananı cəzalandırmaq problemi həll etməyəcək
08:23 08.02.2019
Arxiv
578
Mehriban Zeynalova: "Aciz, təhsilsiz, köməksiz qadına cinayət işi qaldırmağa nə var ki!"
İki azyaşlı körpəsini küçəyə ataraq taleyin ümidinə buraxmış anaya Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. Qadının Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma (maddəsi ilə ittiham olunacağı gözlənilir. Hazırda polis və prokurorluq orqanları tərəfindən zəruri istintaq hərəkətlərinin aparıldığı bildirilir.
Qısaca xatırladaq ki, bir neçə gün əvvəl Bərdə rayonunda küçəyə atılmış iki azyaşlı körpə aşkarlanmışdı. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində körpələrin anasının kimliyi təsdiqləndi. Məlum oldu ki, ana Qazax rayonu Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovadır. Onun Bərdə rayonuna qazanc ardınca gəldiyi, orada mənzil kirayələdiyi, lakin maddi çətinlik səbəbindən kirayə haqqını ödəyə bilmədiyindən evi tərk etdiyi, körpələri isə yol kənarında baxımsız vəziyyətdə qoyduğu da aydınlaşdı.
İndi isə qadına cinayət işi açılıb. Ekspertlər bunu necə dəyərləndirir?
«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova «Şərq»ə açıqlamasında cinayət işinin açılmasının problemi həll etməyəcəyini bildirdi:
- Qadına cinayət işinin açılması əgər cəmiyyətə analıq hüququnu yerinə yetirməməyin cinayət olduğu mesajı verməkdisə, o halda öncə aşağıdakılara nəzər salmaq lazımdır:
Birincisi, qadın sosial yardım və dəstək proqramlarına müraciət edibmi? Edibsə və dəstək almayıbsa, bu halda qadınla bərabər digərləri də bu cinayətin iştirakçısıdır.
İkincisi, qadın uşaqların gözü qarşısında əxlaqsızlıq edibmi? Yaxud uşaqları məhz sərbəst yaşamaq və əxlaqsız həyatı keçirmək üçün atıbmı?
Üçüncüsü, qadın aliment alırmı? Məhkəmə qərarı varsa, amma icra olunmursa, demək, bu məsələ ilə bağlı da cəza çəkməli adamlar var.
Qadın işlə bağlı müraciət edibmi? Edibsə niyə təmin edilməyib? Demək burda da qadınla bərabər cəza çəkməli digər insanlar, məsuliyyət daşıyan rəsmi qurumlar var. Psixoloq qadınla danışıbmı? Psixoloqun rəyi nədir? Qadının ümumiyyətlə təhsili varmı?
Belə suallar bir sıra məsələlərə aydınlıq gətirər. Aciz, təhsilsiz, köməksiz qadına cinayət işi qaldırmağa nə var ki!
İlk öncə ona dəstək verilməlidir. Əgər bu dəstək proqramında o, öz həyatı və uşaqların həyatı ilə bağlı dəyişiklik etməsə, o halda cinayət məsələsinə baxmaq olar.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm