Üzünü it parçalayan uşağın həkimi: Müalicə bitib, amma...
12:34 26.04.2019
Arxiv
596
Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun vəziyyəti normaldır.
"Sherg.az" xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.
Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparıldıqdan sonra dişlənmiş yanaq bərpa edilib:
"Uşağın yaraları artıq sağalıb. Yaralar üzərinə qoyulmuş tikişlər də sökülüb. Bizim tərəfimizdən onun müalicəsi dayanıb. Amma valideynlər öz istəkləri ilə uşağı hələ xəstəxanada saxlamaq istəyirlər”.
Hüseynin atası Qismət Məmişov bildirib ki, uşağın vəziyyəti artıq yaxşıdır. Amma uşağa hər hansı infeksiyon xəstəliyin keçməsindən ehtiyat etdikləri üçün onu aprelin 30-u və ya mayın 1-dək xəstəxanada saxlayacaqlar.
Xatırladaq ki, aprelin 16-da itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm