
“Valideynlərlə övladlar arasındakı bağ pozulub” - İntiharlar gəncləşir
14:57 25.04.2019
Arxiv
681
“Bu bağın pozulması da uşağın həyata bağlılığını əngəlləyir”“İntiharların çox olması ailədaxili-psixoloji şiddətlərin çoxluğundan xəbər verir”
22 yaşlı qız özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. İntihara səbəb olaraq gənc qızın işlədiyi "R- studio” gözəllik salonunun müdirəsi Rühiyyə Həsənovaya 850 manat borcu olduğu bildirilir.
Firuzə Dadaşovanın ailəsi də qızlarının intiharına salon müdirəsini ittiham edir. Məlumata görə, R.Həsənova borca görə, gənc qızı hədələyərək onu polisə verəcəyi ilə qorxudurmuş.
Məsələyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı "Sherg.az”a bildirib ki, bütün intiharlar psixoloji təzyiqlərin nəticəsində baş verir. Onun sözlərinə görə, psixoloji durumu zəif olan şəxslər təzyiqlərin qarşısında dayana bilmirlər:

"Nəticədə çıxış yolunu canlarına qəsd etməkdə görürlər. Yəqin ki, intihar edən xanım çoxdan bu barədə düşünürmüş. Ümumiyyətlə, psixoloji durumu yerində olmayan insanlar bir neçə dəfə intihar haqqında düşünürlər. İntihar etmək istəyənlərin davranışları da fərqli olur. Sadəcə olaraq biz ətrafımızdakı insanlara qarşı o qədər soyuqqanlı yanaşmağa başlamışıq ki, onların hansı durumda olduğunu görmürük”.
Psixoloq xüsusilə valideynlərin övladlarına qarşı diqqət göstərmələrinin vacib olduğunu vurğulayıb:
"Bəzən valideynlər uşaqlarında olan mənfi əlamətləri görmürlər. Bəlkə də onlar övladlarına mənfi məqamları yaraşdırmırlar. Ona görə də belə neqtaiv hallarda valideyn məsuliyyətsizliyi özünü göstərir. Yəqin ki, ailədaxili konfliktlər də olub.
Əgər intihar edən xanım kənardakı təzyiqləri ailəsinə bildirsəydi, belə bir nəticə olmazdı.
İntiharların çox olması ailədaxili-psixoloji şiddətlərin çoxluğundan xəbər verir. Bütün bunlar uşaqlarda özgüvənsizlik və intihar cəhdi yaradır. Valideynlərlə övladlar arasındakı bağ pozulub. Bu bağın pozulması da uşağın həyata bağlılığını əngəlləyir. Çünki valideynlər bizim gücümüz və cəsarətimizdir. Ona görə də xüsusilə valideynlərin bu məsələdə diqqətli olması vacibdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region