“Məntəqələrin bərpa olunması nəzarət etmək imkanını artırır. Çünki “qara bazar”a nəzarət etmək çox çətindir. Bu gün “qara bazar” kifayət qədər üstünlüyü ələ alıb”
Valyutadəyişmə məntəqələri açılır?
21:26 27.10.2016
Arxiv
491
Rəsmi qərar yoxdur, amma müzakirələr aparılır
“Məntəqələrin bərpa olunması nəzarət etmək imkanını artırır. Çünki “qara bazar”a nəzarət etmək çox çətindir. Bu gün “qara bazar” kifayət qədər üstünlüyü ələ alıb”
“Məntəqələrin bərpa olunması nəzarət etmək imkanını artırır. Çünki “qara bazar”a nəzarət etmək çox çətindir. Bu gün “qara bazar” kifayət qədər üstünlüyü ələ alıb”
Bu ilin əvvəlində fəaliyyəti dayandırılan valyutadəyişmə məntəqələrinin yenidən işə başlaması məsələsi gündəmə gəlib. Musavat.com-un məlumatına görə, Bakının müxtəlif yerlərində bağlanan "exchange”lər artıq bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb. Xatırladaq ki, valyutadəyişmə məntəqələri bağlanan zaman onların süni bahalaşma yaratması səbəb olaraq göstərilmişdi. Ekspertlər isə bu məntəqələrin bağlanmasının tərəfdarı olmadıqlarını bildirirdilər.
Suallarımızı cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Amma məsələyə dair müzakirələr aparılır və bəzi yerlərdə həmin məntəqələrin fəaliyyət göstərməsi halı müşahidə olunur: "Ümumiyyətlə, mən bu məntəqələrin ləğv
olunmasına qarşı idim. Ona görə ki, məntəqələrin ləğv edilməsi bankları, məxsusi olaraq da valyuta bazarını spekulyasiyaya sürükləyir. Yay aylarında "qara bazar” canlandı. Bu da banklarda olan valyutanın əhəmiyyətli hissəsinin "qara bazar” vasitəsilə satılması demək idi”.
Ekspert diqqətə çatdırıb ki, valyutadəyişmə məntəqələrinin ləğvi eyni zamanda 6 min iş yerinin bağlanmasına səbəb oldu: "Bu mənada təbii ki, məntəqələrin bərpa edilməsinə ehtiyac var. Mərkəzi Banka (MB) və Maliyyə Bazarına Nəzarət Palatasına (MBNP) təklif etmişəm ki, hər rayon üzrə müəyyənləşmiş sayda valyutadəyişmə məntəqəsinin fəaliyyətinə icazə verilsin. Turistlərin çox olduğu və iqtisadi aktivliyin yüksək olduğu Bakını və ətraf rayonlarda 5, mərkəzdən kənar yerlərdə isə 3 məntəqənin fəaliyyətinə icazə verilə bilər. Bu da nəticə etibarilə imkan verəcək ki, valyutanın dəyişdirilməsi asanlaşsın. Digər yandan valyutadəyişmə məntəqələrinin sayı optimal olduğu üçün nəzarət imkanları genişlənəcək və bu da, "qara bazar”ın yaranmasının qarşısını alacaq. Eyni zamanda bu, yeni iş yerlərinin yaradılması baxımından da vacibdir. Bu səbəbdən həmin məntəqələrin bərpasını vacib sayıram və təbii ki, Palata və MB çalışmalıdır ki, Bakı və paytaxt rayonları üzrə optimal sayda valyutadəyişmə məntəqələrinin fəaliyyətinə imkan yaratsın”.
Digər iqtisadçı-ekspert Samir Əliyev isə bildirib ki, mətbuatda yanlış olaraq valyutadəyişmə məntəqələrinin ləğv olunmasından sonra bu işin banklara həvalə edilməsi qeyd olunur. Əslində isə banklar həmişə valyutadəyişmə işini həyata keçiriblər: "Əvvəl də bu, bankların funksiyasına daxil idi, əvvəl də banklar valyuta satırdı. Sadəcə, insanlar banklara getmirdi. Çünki valyutadəyişmə məntəqələri daha yaxında olurdu, həm də burada faiz vətəndaşlar üçün daha əlverişli olub. Ona görə də bankda valyuta dəyişməyə ancaq hansısa bankla bağlı əməliyyata ehtiyac olanda müraciət edirdilər”.
Ekspertin qənaətincə, valtuyadəyişmə məntəqələrinin bağlanması ilə bağlı Mərkəzi Bankın qərarını çıxılmaz addım kimi qiymətləndirmək olar: "Bu, düzgün addım deyildi. Həmin dövrdə güclü kapital axını olduğu üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini bağladı. Valyutadəyişmə məntəqələrində olan pulun heç də hamısı banklara daxil olmurdu. Banklara daxil olmadan böyük həcmdə pullar valyutadəyişmə məntəqələri vasitəsilə çevrilib ölkədən çıxarılır, yaxud yastıq altına yığılırdı və s. Məcburiyyətdən bu addımı atıb bağladılar. Amma bunun vətəndaşlara ziyanı oldu”.
S.Əliyev hesab edir ki, valyutadəyişmə məntəqələrinin bağlanmasının davamı olaraq "qara bazar”ın yaranması gözlənilən idi və yarandı da: "Amma "qara bazar”ın qarşısı alınmadı. Məlum oldu ki, bu gün "qara bazar”dan dollar alıb-satmaq daha sərfəlidir, nəinki bankdan. Çünki məzənnə "qara bazar”da daha sərfəli olur. Ona görə də düşünürəm ki, valyutadəyişmə məntəqələri bərpa edilməlidir. Banklar şənbə-bazar günləri işləmir. Həftənin 5 günü saat 5-6-ya kimi işləyir. Valyutadəyişmə məntəqələri gecə saat 11-12-yə kimi işləyirdi. Düzdür, 3-4 bankın filialları 24 saat fəaliyyət göstərirdi. Amma onu axtarıb tapınca problem yaradırdı. Yaxşı olar ki, onlar bərpa edilsin. Valyutadəyişmə məntəqələrinin bərpa olunması nəzarət etmək imkanını artırır. Çünki "qara bazar”a nəzarət etmək çox çətindir. Bu gün "qara bazar” kifayət qədər üstünlüyü ələ alıb. Bu, proseslərin nəzarətdən kənar baş verməsinə gətirib çıxarır. Bu məntəqələrin fəaliyyəti bərpa edilsə də, əvvəlki ilə müqayisədə nəzarət sərtləşdirilməlidir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat